SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO

Hazırda oxunan: SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO
628942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökm çıxarıb.

Bizim.Media Gununsesi.info-ya istinadla xəbər verir ki, həbs edilən şəxslərdən biri “Səs” qəzetinin əməkdaşı, sosioloq kimi tanınan Elçin Bayramlıdır. Onun barəsində 1 il 6 ay həbs qərarı verilib.
 

Məlumat üçün bildirək ki, E. Bayramlı son dövrlərdə müxtəlif ictimai-siyasi mövzularda verdiyi qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gəlirdi. O, bir sıra çıxış və müsahibələrində Sovet rejiminin müsbət xüsusiyyətlərini qabardırdı.


Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, E. Bayramlı ilə yanaşı İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO