Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

Hazırda oxunan: Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

624237

Quba-Xaçmaz Regional Təhsil İdarəsində növbəti kadr təyinatı həyata keçirilib.

Bizim.Media-nın Şimal bürosunun əldə etdiyi məlumata görə, iki gün əvvəl idarənin İnzibati Təşkilat sektorunun müdiri vəzifəsində dəyişiklik edilib.

Belə ki, sektorun sabiq müdiri Fikrət Heybətovun yerinə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Coşqun Əliyevin əmri ilə Kamran Əliyev təyin olunub.

Kamran Əliyev uzun illər Quba rayon Fizika, Riyaziyyat və informatika təmayüllü liseyin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Coşqun Əliyev Bizim.Media-ya açıqlamasında sözügedən təyinatı təsdiqləyib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO