
- A-
- A
- A+
İdman
19:35 / 11.06.2026
DÇ-2026-nı hansı kanallarında izləyə biləcəyik?
Hazırda oxunan: DÇ-2026-nı hansı kanallarında izləyə biləcəyik?
618755
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Futbol üzrə dünya çempionatının (DÇ-2026) ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın (İTV) efirində canlı yayımlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İTV məlumat yayıb.
Bildirilib ki, Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləməsini təmin etmək üçün qrup mərhələsinin 3-cü turunda eyni vaxtda keçiriləcək 12 oyunun CBC Sport-da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb.
Bununla da bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq. Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İctimai TV-nin YouTube kanalı üzərindən canlı yayımlanacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































