Kürdəmirdə 3 yaşlı uşağın ölümü ilə bağlı TƏBİB-dən açıqlama

Kürdəmirdə 3 yaşlı uşağın ölümü ilə bağlı TƏBİB-dən açıqlama

Hazırda oxunan: Kürdəmirdə 3 yaşlı uşağın ölümü ilə bağlı TƏBİB-dən açıqlama
615535
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə bədbəxt hadisə nəticəsində azyaşlı faciəvi şəkildə həyatını itirib.

TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 25.05.2026-cı il tarixində saat 20:40 radələrində hündürlükdən yıxılma səbəbilə 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona qarının və döş qəfəsinin küt travması, sağ bud nahiyəsinin, sol qamış sümüyünün və sağ kürək sümüyünün sınıqları, sağ tərəfli pnevmotoraks diaqnozu təyin edilib.

Azyaşlı dərhal əməliyyata alınıb. Lakin aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 23:00 radələrində azyaşlının bioloji ölümü qeydə alınıb.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO