"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı

"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı

Hazırda oxunan: "3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
644642
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Yusif Eyvazov dünya şöhrəti, opera sənəti və ifaçılar arasında eqo məsələsindən danışıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Qapqara" yutub layihəsində danışıb.

"Dünya şöhrəti erası bitib. Bu vaqona sonuncu hoppanan mənim keçmiş həyat yoldaşım Anna Netrebko oldu. Dünya şöhrətli Selin Dion, Maykl Cekson, Lusiano Pavarotti olub. Dünya operasında məni də yaxşı tanıyırlar" deyə, Y.Eyvazov bildirib.

Opera ifaçısı mədəniyyətin maliyyəsiz yaşaya bilməyəcəyini vurğulayıb. O, dünyada heç bir teatrın yalnız bilet satışından əldə olunan gəlirlə fəaliyyət göstərə bilməyəcəyini deyib və Verona Arenasını nümunə göstərib:

"Verona Arenası üç ayda bilet satışından 38 milyon avro qazanıb. 90 günə 52 tamaşa nümayiş etdirib".

Y.Eyvazov indiyədək arzuladığı səhnələrdə çıxış etdiyini, böyük layihələrdə və operalarda iştirak etdiyini söyləyib. O, özünü direktor deyil, ifaçı kimi gördüyünü qeyd edib:

"Mən yüz faizlik direktor ola bilmərəm, ifaçıyam. Səhnəyə işçilərimlə çıxıram, onların həmkarı kimi. Tamaşa bitir, səhəri gün direktor kimi iradlarımı bildirirəm.

Bizdə eqo sistemi çoxdur. Elə ifaçılarda eqo var ki... "Jiquli" özünü "Bugatti" kimi göstərəndə gülməli görünür". (axşam.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO