Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

Hazırda oxunan: Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
644645
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyəli mərhum müğənni “Güllü”nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəmə və inzibati araşdırmalara başlanılıb.

Bizim.Media xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Gülterin keçmiş nişanlısı Kərvan Eminoğlu Yalova Baş Prokurorluğuna şikayət ərizəsi təqdim edib və iddialarla bağlı bəzi görüntüləri istintaqa verib.

Şikayətdə Gülterin bəzi xəstələrə yatırtmaq məqsədilə iynə vurduğu, xəstəxananın təmizlik işçilərinə xəstələr üzərində ürək-ağciyər reanimasiyasını (ürək masajı) necə həyata keçirməyi öyrətdiyi iddia olunur.

Həmçinin reanimasiya şöbəsində müalicə alan xəstələrə qarşı qeyri-etik davranışlar sərgilədiyi və ölən bəzi xəstələrin ölüm vaxtlarını dəyişdirdiyi də irəli sürülüb.

Yalova Vilayət Səhiyyə İdarəsi məsələ ilə bağlı açıqlama yayaraq, özəl tibb müəssisəsinin keçmiş əməkdaşının fəaliyyəti barədə yayılan iddialar əsasında məhkəmə və inzibati araşdırmaların başladıldığını bildirib.

Qeyd edək ki, Tuğyan Ülkəm Gülter anası “Güllü”nün ölümü ilə bağlı iş üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Xəstəxanada baş verdiyi iddia olunan hadisələrlə bağlı araşdırmalar isə davam edir. (qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO