“Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazandı - FOTO/VİDEO

“Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazandı - FOTO/VİDEO

Hazırda oxunan: “Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazandı - FOTO/VİDEO
613747
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

Avrokuboklara son vəsiqə uğrunda mübarizə aparan 2 komandadan “Neftçi” çempion “Sabah”ın qonağı olub, “Zirə” isə “Sumqayıt”ı qəbul edib.
 

Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Neftçi” sona 1 tur qalmış UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. “Zirə” isə “Sumqayıt” üzərində 2:1 hesablı qələbəyə baxmayaraq avrokuboklardan kənarda qalıb.


Bu nəticələrdən sonra turnir cədvəlində “ağ-qaralar” 56 xalla 4-cü, “Zirə” 53 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Karvan-Yevlax”ı 2:1, “Araz-Naxçıvan” “Kəpəz”i 2:0, “Qarabağ” “İmişli”ni 3:0, “Şamaxı” isə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO