Kürdəmirdə bıçaqlanan gəncin SON DURUMU

Kürdəmirdə bıçaqlanan gəncin SON DURUMU

Hazırda oxunan: Kürdəmirdə bıçaqlanan gəncin SON DURUMU
612168
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Kürdəmirdə 1998-ci il təvəllüdlü Səmidov Elməddin Uğur oğlu bıçaqlanıb.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının sözçüsü Elvira Cavadova Bizim.Media-ya açıqlamasında bıçaqlanan şəxsin son durumu barədə məlumat verib:
 

“09.05.2026-cı il tarixində saat 09:45 radələrində xəsarət alması səbəbilə 1998-ci il təvəllüdlü şəxs (kişi) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol kürəyin qoltuq altı nahiyəsinin və belin kəsilmiş, deşilmiş yaraları diaqnozu təyin olunub. Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.


Qeyd edək ki, bıçaqlanma hadisəsi rayonun Şilyan kəndində qeydə alınıb. Belə ki, aralarında yaranan şəxsi münasibətlər zəminində kənd sakini 1998-ci il təvəllüdlü Səmidov Elməddin Uğur oğlu bir neçə bıçaq xəsarəti alıb.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO