“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO

Hazırda oxunan: “Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO
611837
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakən Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən teatr trubbası yeni bir layihəyə imza atıblar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunub.
 

İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitab sərgisi ilə tanış olublar. Tamaşanın təqdimatında Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasındakı xidmətlərindən bəhs edilib.


Bildirilib ki, “Qarabağnamə” tamaşası Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mədəniyyət işçilərinin və həvəskar aktyorların canlandırdıqları obrazlar tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tamaşanın sonunda Heydər Əliyevin “Qarabağnamə” tamaşası haqqında fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO - foto 1
“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO - foto 2
“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO - foto 3
“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO - foto 4
“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO - foto 5
“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO - foto 6


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO