Gəncədə qazi məmuru döydü, üstünə benzin töküb yandırmaq istədi

Gəncədə qazi məmuru döydü, üstünə benzin töküb yandırmaq istədi

Hazırda oxunan: Gəncədə qazi məmuru döydü, üstünə benzin töküb yandırmaq istədi

61156

Əlillik dərəcəsi təyin olunmamasından narazı qalan Vətən müharibəsi iştirakçısı Hüseynov Qiyas Sahib oğlu bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin qəbul otağına gələrək təkidlə ona əlilliyinin təyin edilməsinə köməklik göstərilməsini tələb edib. 

Bizim.Media-nın yerli bürosu şəhər icra hakimiyyətinə istinadən məlumat verir ki, ona istəyi ilə bağlı ətraflı izahat verilməsinə baxmayaraq, Q.Hüseynov özünün və İcra Hakimiyyətinin əməkdaşlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib. 

O, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı zor tətbiq etmə ilə müşayiət edilən qərəzli hərəkətlər edib. 

Dedikləri ilə kifayətlənməyərək, Qiyas Hüseynov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarının və polis işçilərinin yanında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, eyni zamanda Vətən müharibəsi iştirakçısı olan Babayev Ayxan Cavanşir oğlunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, başı ilə onun üz nahiyəsinə zərbə vuraraq, dövlət məmuruna xəsarət yetirib. 

Məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub. 

Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev Vətən müharibəsinin iştirakçısı olub, “N” saylı hərbi hissənin manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub.

O, Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamları ilə isə “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO