Meloni: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır

Meloni: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır

Hazırda oxunan: Meloni: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır
611134
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Azərbaycan xüsusilə qaz və neft tədarükü baxımından ölkə üçün energetika sahəsində strateji tərəfdaşdır.

Bizim.Media xəbər verir ki, bu barədə o, Azərbaycana uçmazdan əvvəl İrəvanda jurnalistlərə deyib.

Meloninin sözlərinə görə, energetika mövzusu Avropa Şurası səviyyəsindəki müzakirələrdə, eləcə də ikitərəfli təmaslarda, o cümlədən Böyük Britaniya ilə olan əlaqələrdə əsas məsələlərdən biri olaraq qalır.
 

O vurğulayıb ki, energetika ilə yanaşı, Avropanın suverenliyi və strateji muxtariyyətinin elementi olan kritik əhəmiyyətli xammal məsələləri də mühüm əhəmiyyət kəsb edir. Meloni həmçinin qeyd edib ki, İtaliya bu istiqamətlərin inkişafına öz töhfəsini verməyə çalışır.


"Elə indi mən həm qaz, həm də neft tədarükü baxımından bizim üçün daha bir strateji tərəfdaş olan Azərbaycana gedirəm", - o bildirib.

Qeyd edək ki, C. Meloni artıq Azərbaycandadır və onun Prezident İlham Əliyev ilə təkbətək görüşü keçirilib. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO