Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

Hazırda oxunan: Futzal millimiz Gürcüstana uduzdu
606562
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futzal üzrə Azərbaycan milli komandası Gürcüstan yığması ilə ikinci yoldaşlıq oyununu keçirib.

Bizim.Media xəbər verir ki, iki gün əvvəlki oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç həm qapıda, həm də Meydan oyunçuları sırasında dəyişiklik etmişdi.

Çərçivə bu dəfə Emin Kürdova tapşırılmışdısa, ilk dəqiqələrdən meydana bu gün doğum gününü qeyd edən Tofiq Mikayılov, Oqtay Rüstəmli, Murad Quluzadə və Fərid Abbasov çıxmışdı.

Yeri gəlmişkən, ötən matçda meydana çıxan Pünhan Qasımzadə əsas millidə debütünü reallaşdırmışdı.

Oyuna gəldikdə, hesabı yenə meydan sahibi komanda açdı. Ötürmə səhvindən sonra topa sahib olan rəqib 4-cü dəqiqədə sükutu pozdu.

Sonrakı dəqiqələrdə komandamız status-kvonu azı 2 dəfə bərpa edə bilərdi. Xüsusilə də Fərid Abbasov boş qapını dəqiq nişan ala bilmədi. 14-cü dəqiqədə tarazlığı bərpa edə bildik.
 

Ülvinin qapı qarşısına paralel ötürməsini Nihad tora qovuşdurdu. 1 dəqiqə sonra meydan sahibləri mübahisəli qol vuraraq hesabı yenidən lehinə dəyişdi. İkinci hissədə üstün oynayan tərəf komandamız olsa da, fərqlənən gürcülər oldu.


Beləliklə eyni rəqiblə ikinci oyunda da Gürcüstan yığması qələbə qazandı.

Gürcüstan – Azərbaycan (2:1) 5:2

Qollar: Nikoloz Qabriçidze, 3:03, Levan Svanidze, 14:09, Giorgi Çimakadze, 34:02 , 38:16, Nikoloz Kurtanidze, 37:26 // Nihad İsmayılov, 13:02, Ədalət Ələkbərov, 39:37

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO