Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

Hazırda oxunan: Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO
605441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Siyəzən rayonunda güclü sel nəticəsində 161 evin həyətyanı sahəsini su basıb. Yağış suları həmçinin Siyəzən şəhərində 12 çoxmənzilli yaşayış binasının zirzəmilərinə dolub.

Siyəzən Rayon İcra Hakimiyyətinin sektor müdiri Elvin Kərimov Bizim.Media-nın yerli bürosuna bildirib ki, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Onun sözlərinə görə, Qalaaltı sanatoriyasına gedən yolun üzərində yerləşən və uçmuş Məşrif körpüsünün ərazisində polis post-patrul əməkdaşlarından ibarət post qurulub.
 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dağılmış körpüyə baxış keçiriblər, lakin təmir-bərpa işlərinə nə vaxt başlanılacağı hələlik məlum deyil.


Sektor müdiri qeyd edib ki, uçmuş körpüdən o tərəfdə Siyəzən rayonunun 6 kəndi ilə yanaşı, Şabran rayonunun da bir neçə kəndi yerləşir. Hazırda sakinlər həmin istiqamətə alternativ yollardan istifadə edirlər.



Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO - foto 1
Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO - foto 2
Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO - foto 3
Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO