Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Hazırda oxunan: Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı
602689
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulun Ümraniye rayonunda silahlı hücum baş verib.

Bizim.Media  xəbər verir ki, hücum zamanı “Kars36 Spor” klubunun futbolçusu 21 yaşlı Kubilay Kaan Kundakçı öldürülüb.
 

İddiaya görə, hadisə 19 mart gecəsi baş verib. Reper Vahap Canbay ilə müğənni Aleyna Kalaycıoğlu arasındakı münasibətləri düzəltmək istəyən Kundakçı tərəfləri bir araya gətirmək üçün vasitəçi rolunu oynayıb. Lakin onlar studiyanın qarşısında gözləyərkən hadisə yerinə gələn şübhəlilər onlara atəş açıb.


Atəş nəticəsində ağır yaralanan gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Cinayətin Rapçi Canbayın keçmiş sevgilisi olan Aleyna Kalaycıoğlunun yeni sevgilisi tərəfindən törədildiyi deyilir.

Qeyd edilib ki, Kalaycıoğlu polis tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO