Orbandan Avropa İttifaqı ilə bağlı sərt AÇIQLAMA: “Bizə qarşı müharibə elan ediblər”

Orbandan Avropa İttifaqı ilə bağlı sərt AÇIQLAMA: “Bizə qarşı müharibə elan ediblər”

Hazırda oxunan: Orbandan Avropa İttifaqı ilə bağlı sərt AÇIQLAMA: “Bizə qarşı müharibə elan ediblər”
595677
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ) və Ukraynanın yeni hərbi planı Macarıstana qarşı müharibə elanıdır.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, Brüssel elitasının rəsmi nəşri olan “Politico” Aİ və Ukrayna arasında son hərbi planı – “Ukrayna lideri Volodimir Zelenskinin beş maddəlik planı”nı dərc edib.

Baş nazir bildirib ki, Brüssel Ukraynanın 2027-ci ildə Aİ-yə qəbul ediləcəyinə qərar verib.
 

“Bu yeni plan Macarıstana qarşı açıq müharibə elanı deməkdir. Onlar macar xalqının qərarını qulaqardına vururlar və Macarıstan hökumətini istənilən vasitə ilə devirmək istəyirlər”, - deyə Orban vurğulayıb.


Baş nazir hesab edir ki, Brüssel və Kiyev Macarıstanda müxalif Tisa partiyasının hakimiyyətə gəlməsini istəyir, çünki o, Avropa İttifaqının qərarlarına müqavimət göstərməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO