Novruz Məmmədovun səhhətində problem yaranıb?

Novruz Məmmədovun səhhətində problem yaranıb?

Hazırda oxunan: Novruz Məmmədovun səhhətində problem yaranıb?
587179
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın sabiq Baş naziri və Prezidentin Xarici siyasət məsələləri üzrə keçmiş köməkçisi Novruz Məmmədovun səhhətində problemlər yaranıb.

Bizim.Media bakıvaxtı.az-a istinadən xəbər verir ki, N.Məmmədov hazırda yaxşılaşır.

Onun özü vəziyyətinin yaxşılaşdığını bildirib:

"Özümü nisbətən yaxşı hiss edirəm. Vəziyyətim yavaş-yavaş yaxşılaşır. Yaşlılıqdan irəli gələn problemlərdir".
 

Qeyd edək ki, Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun Fransız dili fakültəsinə daxil olub və 1970-ci ildə fərqlənmə diplomu ilə məzun olub. O, 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi kimi çalışıb.


12 aprel 1997-ci ildə Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri təyin edilib.

1995–1997-ci illərdə isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 2002-ci ilin yanvarında Prezidentin fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının Baş Naziri olub və 8 oktyabr 2019-cu ildə bu vəzifədən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO