Nadir Hüseynov vəfat etdi

Nadir Hüseynov vəfat etdi

Hazırda oxunan: Nadir Hüseynov vəfat etdi
586021
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar müəllim, bədii qiraətçi Nadir Hüseynov vəfat edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univetsitetindən məlumat verilib.

Qeyd edək ki, Nadir Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub.

Nadir Hüseynovun ilk uğuru 1975-ci ildə Lelinqradda keçirilən Ümumittifaq bədii qiraətçilər müsabiqəsindən başlayıb. O, bu müsabiqənin diplomantı olub. Sonrakı illərdə N.Hüseynov televiziya verilişləri, yubileylər, tədbirlər də aparıcı olub.


Xüsusilə də Azərbaycan Dövlət Televiziyasında "Ozan" folklor toplusu verilişinin aparıcısı olub, O, mütəxəssis müəllim kimi uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı" fənnini tədris edib.

2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Əməkdar müəllim fəxri adı ilə təltif edilib.

Nadir Hüseynov vəfat etdi - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO