Şirvanlı sakinləri kənd yolları ilə bağlı problemləri rayon rəhbərinə çatdırdılar - FOTO

Şirvanlı sakinləri kənd yolları ilə bağlı problemləri rayon rəhbərinə çatdırdılar - FOTO

Hazırda oxunan: Şirvanlı sakinləri kənd yolları ilə bağlı problemləri rayon rəhbərinə çatdırdılar - FOTO
584688
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu bu gün rayonun Şirvanlı kəndində baş tutub.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, icra hakimiyyətinin başçısı, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafiə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar aktual məsələləri rayon rəhbərinin nəzərinə çatdırıblar.
 

Şirvanlı kənd sakinləri Şirvanlı kənd tam orta məktəbinin, kənd uşaq bağçasının və Quxuroba-Şirvanlı avtomobil yolunun əsaslı təmiri, kənd mədəniyyət evinə qaz xəttinin çəkilməsi, kənd yollarında müvafiq yerlərdə yol nişanlarının quraşdırılması, o cümlədən elektrik enerjisinin verilişində tez-tez fasilələrin yarandığını bildirərək mövcud problemin aradan qaldırılması, həmçinin istismara yararsız elektrik dirəklərinin yenilənməsi ilə bağlı müraciətlərini səsləndiriblər.


Səyyar qəbul zamanı sakinləri maraqlandıran bu və digər məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və icra başçısı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Şirvanlı sakinləri kənd yolları ilə bağlı problemləri rayon rəhbərinə çatdırdılar - FOTO - foto 1
Şirvanlı sakinləri kənd yolları ilə bağlı problemləri rayon rəhbərinə çatdırdılar - FOTO - foto 2
Şirvanlı sakinləri kənd yolları ilə bağlı problemləri rayon rəhbərinə çatdırdılar - FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO