
- A-
- A
- A+
İmran Xan həbsxanada öldürülüb – SENSASİON İDDİA– VİDEO
Pakistanın keçmiş baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.
Sözügedən xəbərlərin yayılması fonunda, Xanın siyasi partiyası Pakistan Təhrik-e-İnsafın (PTI) minlərlə tərəfdarı həbsxana qarşısında toplaşaraq səlahiyyətlilərdən liderlərinin səhhəti ilə bağlı məlumatların açıqlanmasını tələb ediblər.
Məsələ ilə bağlı rəsmi məlumat hələlik yoxdur.
Qeyd edək ki, bu ilin mayında da İmran Xanın ölümü ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, İmran Xan 2018-ci ilin avqustundan 2022-ci ilin aprelinə qədər Pakistanın 22-ci baş naziri vəzifəsində çalışıb. O, 2023-cü ilin mayında saxlanılıb, 2025-ci ilin yanvarında isə məhkəmənin qərarı ilə 14 il həbs cəzasına məhkum edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































