
- A-
- A
- A+
Cəmiyyət
20:58 / 25.11.2025
1 dəq oxunma
Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşaq müəssisəyə YERLƏŞDİRİLDİ - FOTO
Hazırda oxunan: Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşaq müəssisəyə YERLƏŞDİRİLDİ - FOTO
582371
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bir müddət öncə Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaq müəssisəyə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda ata-ananın ölümcül hala saldıqları körpə KOMADADIR
Məlumatda bildirilib ki, agentliyin əməkdaşları Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan prosesə cəlb ediliblər:
"Aparılan qiymətləndirmənin nəticəsinə əsasən, iki azyaşlı qardaş aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilərək müayinə və müalicə prosedurlarına cəlb edilib.
Ötən dövrdə agentlik tərəfindən hər iki uşağın vəziyyəti diqqətdə saxlanılıb və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla iş aparılıb. Müvafiq tibbi xidmətlər göstərilən azyaşlılardan biri müalicə və müayinələri bitdikdən sonra körpələr evinə, digəri isə reabilitasiya prosesinin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin müvafiq müəssisəsinə yerləşdirilib".
Xatırladaq ki, sözügedən hadisə avqustun 27-də qeydə alınıb. Həmin vaxt Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (iki və üç yaş) valideynləri tərəfindən döyülərək xəsarət almışdı.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün



































































































