Direktor bəraət alaraq azadlığa çıxdı - Evi özünə qaytarıldı

Direktor bəraət alaraq azadlığa çıxdı - Evi özünə qaytarıldı

Hazırda oxunan: Direktor bəraət alaraq azadlığa çıxdı - Evi özünə qaytarıldı
582341
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il həbsə məhkum edilən “Zövq” MMC-nin direktoru Rza Əhmədov azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun şikayətinə baxıb.

Prosesin yekununda R.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilərək ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bununla yanaşı, biznesmenin 4 otaqlı mənzilinin üzərinə qoyulmuş həbs və xüsusi müsadirənin təmin edilməsi üzrə görülmüş tədbirlər ləğv olunub və həmin əmlak həbsdən azad edilib.

Qeyd edək ki, bir neçə il əvvəl Dövlət Sərhəd Xidməti (DSX) R.Əhmədov barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Həmin vaxt bildirilmişdi ki, 342 min manatlıq tenderin qalibi olmuş “Zövq” MMC-nin direktoru Rza Əhmədov üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Belə ki, Rza Əhmədovla DSX arasında 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalanıb. Həmin geyimlər tikilsə də, DSX yararsız olduqlarını əsas gətirərək qəbul etməyib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO