Ukrayna Rusiyanın bu şəhərlərinə zərbə endirdi - ÖLƏNLƏR VAR – VİDEO

Ukrayna Rusiyanın bu şəhərlərinə zərbə endirdi - ÖLƏNLƏR VAR – VİDEO

Hazırda oxunan: Ukrayna Rusiyanın bu şəhərlərinə zərbə endirdi - ÖLƏNLƏR VAR – VİDEO
582234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində həyata keçirdiyi hücum nəticəsində Taqanroq şəhərində ciddi dağıntılar qeydə alınıb.

Bizim.Media xəbər verir ki, yerli məlumatlara görə, hücum zamanı iki çoxmənzilli yaşayış binası, Mexaniki Kollecin binası, iki sənaye müəssisəsi və uşaq bağçası zədələnib.

Hadisə nəticəsində üç nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Hücumlardan Rusiya Federasiyasının digər bölgələri də zərər görüb. Krasnodar diyarında altı nəfərin yaralandığı, 20-dən çox fərdi yaşayış evinin zədələndiyi bildirilir.

Rəsmilər hadisə yerlərində xilasetmə və bərpa işlərinin davam etdiyini açıqlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO