
- A-
- A
- A+
KTMT-nin gələn il baş katibi olacaq şəxsin adı AÇIQLANDI
KTMT-nin noyabrın 27-də Bişkekdə keçiriləcək sammitində 2026–2028-ci illər üçün baş katib postunu tutacaq şəxs təsdiqlənəcək.
Hazırda təşkilatın rəhbərinin müavini olan Taalatbek Masadikov 2026-cı il yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi olacaq.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
"Təbii ki, sessiyada KTMT-nin baş katibi İmanqali Tasmaqambetov iştirak edəcək. O, yanvarın 1-də bu vəzifədən gedir. Artıq katibliyin rəhbəri postunda Qırğızıstan nümayəndəsi, hazırda KTMT baş katibinin müavini vəzifəsində çalışan Masadikov olacağı müəyyənləşib", – deyə Uşakov qeyd edib.
Qeyd edək ki, noyabrın 27-də Bişkekdə keçiriləcək KTMT sammitində Rusiya, Qırğızıstan, Belarus və Tacikistan liderləri iştirak edəcəklər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































