Xaçmazdakı qətlin yeni detalları – Ölən oğlanın anasını qətlə yetirəcəkmiş… - FOTO

Xaçmazdakı qətlin yeni detalları – Ölən oğlanın anasını qətlə yetirəcəkmiş… - FOTO

Hazırda oxunan: Xaçmazdakı qətlin yeni detalları – Ölən oğlanın anasını qətlə yetirəcəkmiş… - FOTO
576184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün axşam saatlarında Xaçmazda baş verən qətllə bağlı yeni detallar ortaya çıxıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 37 yaşlı Rafiq Həbibov öz qohumunu cadu üstündə öldürüb.
 

MÖVZU İLƏ BAĞLI: 

Xaçmazda 43 yaşlı kişi güllələndi - ÖZƏL


Belə ki, həyat yoldaşından boşanan Rafiq Həbibov ailəsinin dağılmasında günahı qətlə yetirdiyi Emin Cəlilovun anasında görüb.

O, qohumu olan qadının cadu edərək onun ailəsini dağıtdığını güman edib və Emin Cəlilova kürək nahiyəsindən  ov tüfəngindən atəş açaraq onu öldürüb. 

O, Eminin anasını öldürəcəkmiş, ancaq oğlunu öldürüb.

Hadisəni törədən Rafiq Həbibovun qohumunu bu gülünc, xürafat və cahilliyə söykənən səbəbdən öldürdüyü deyilir.
 

Qətlin tam təfərrüatı Xaçmaz rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı zamanı aydın olacaq.


Qeyd edək ki, hadisəni  törədən Rafiq Həbibov Xaçmaz polisi tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Xaçmazdakı qətlin yeni detalları – Ölən oğlanın anasını qətlə yetirəcəkmiş… - FOTO - foto 1
Xaçmazdakı qətlin yeni detalları – Ölən oğlanın anasını qətlə yetirəcəkmiş… - FOTO - foto 2
Xaçmazdakı qətlin yeni detalları – Ölən oğlanın anasını qətlə yetirəcəkmiş… - FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO