Şəhid Cumart Əlimuradovun anım mərasimi keçirildi - FOTO

Şəhid Cumart Əlimuradovun anım mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Şəhid Cumart Əlimuradovun anım mərasimi keçirildi - FOTO
574257
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qusar rayonunun Urva kəndində şəhid Cumart Şixrəhim oğlu Əlimuradovun anım mərasimi keçirilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləyib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
 

Qeyd edək ki, şəhid Cumart Əlimuradov Şixrəhim oğlu 31 may 2001-ci ildə Qusar rayonunun Urva kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olmuş Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub.


O, 8 oktyabr 2020-ci ildə Qusar rayonunun Urva kəndində dəfn olunub. Ölümündən sonra “Laçının azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhid Cumart Əlimuradovun anım mərasimi keçirildi - FOTO - foto 1
Şəhid Cumart Əlimuradovun anım mərasimi keçirildi - FOTO - foto 2
Şəhid Cumart Əlimuradovun anım mərasimi keçirildi - FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO