Millimizin Fransa SINAĞI – “Futbolçularımız əzmkar mübarizə aparsa...”

Millimizin Fransa SINAĞI – “Futbolçularımız əzmkar mübarizə aparsa...”

Hazırda oxunan: Millimizin Fransa SINAĞI – “Futbolçularımız əzmkar mübarizə aparsa...”
574247
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz dünyanın ən güclü komandalarından birinə qarşı oynayacağıq. Fikrimcə millimiz Fransaya qarşı əzmkar mübarizə aparmalıdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında futbol eksperti Ceyhun Sultanov deyib. 

Onun sözlərinə görə millimiz Fransaya qarşı dağınıq futbol göstərməməlidir:

“Oyunla bağlı çox şey demək olmur. Çünki bilirik ki, kimlərə qarşı oynayacağıq. Ayxan Abbasova uğurlar arzulayıram. Ən azından futbolçularımız əzmkar mübarizə aparmalıdır. Bilirik ki, keyfiyyət baxımından biz onlardan çox geri qalırıq. Əzmkarlıq və sərt müdafiə ilə bəlkə də nəyəsə nail olmaq olar. Əsas odur ki, dağınıq bir komandamız olmasın. Futbolçular məşqçinin verdiyi tapşırıqları yerinə yetirsinlər. Mən bilirəm ki, Ayxan Abbasov komanda şəklində müdafiə olunmağı bacarır. Çətin oyun olacaq. Ancaq hər şey meydanda həll olunur. Futbolçularımıza uğurlar arzulayıram”

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO