Qarabağda neçə sahibkar biznes qurmaq istəyir? - Müraciətlərin sayı açıqlandı

Hazırda oxunan: Qarabağda neçə sahibkar biznes qurmaq istəyir? - Müraciətlərin sayı açıqlandı

56867

44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya indiyədək 945 müraciət daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 24-də ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır.

Müraciətlərin 27 faizi tikinti, 27 faizi ticarət və xidmət, 21 faizi sənaye, 18 faizi kənd təsərrüfatı və digər 7 faizi turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir”, - deyə O.Məmmədov diqqətə çatdırıb.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və iqtisadi dəyər zəncirinə re-inteqrasiyası istiqamətində həyata keçirilən tikinti-quruculuq işlərində dövlət özəl sektor tərəfdaşlığı (DÖST) modelinin geniş tətbiq edilməsi hədəflənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO