İdarədə həyat yoldaşını güllələyən polisdən YENİ XƏBƏR

Hazırda oxunan: İdarədə həyat yoldaşını güllələyən polisdən YENİ XƏBƏR

55967

Bakıda həyat yoldaşını güllələyərək qətlə yetirən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə İsmayıl Məmmədovun vəkili cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmədə iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, elektron formada məhkəməyə vəsatət göndərib. Hakim həmin vəsatətin növbəti iclasda müzakirəyə çıxarılacağını deyib.
Hazırlıq iclası yanvarın 25-nə təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO