“Sumqayıt” – “Zirə”ni qəbul edir – 25-ci görüş

Hazırda oxunan: “Sumqayıt” – “Zirə”ni qəbul edir – 25-ci görüş

48016

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir matçı keçiriləcək.

Bizim.Media-nın məlumatına görə, ikinci oyun günündə bir qarşılaşma baş tutacaq, 11 xalla 6-cı sırada gedən "Sumqayıt" 19 xalla 4-cü pillədə qərarlaşan "Zirə"ni qəbul edəcək.

Saat 16:00-da başlayacaq görüşü Rauf Cabarov idarə edəcək.

Komandalar indiyədək Premyer Liqada 24 dəfə üz-üzə gəliblər. Bunların 6-da "gənclik şəhəri" təmsilçisi, 11-də paytaxt klubu qələbə qazanıb, 7 matçda heç-heçə qeydə alınıb. 

Meydan sahibləri son 4 çempionat oyununda rəqibinə uduzmayıb. Qonaqlar isə son 3 matçda xal qazanmağa müvəffəq olub.

Qeyd edək ki, turun digər oyunlarında "Sabah" "Keşlə"ni 2:1, "Neftçi" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 29-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO