Frensis Qarrinin Azərbaycana rəsmi səfəri başlanıb

Frensis Qarrinin Azərbaycana rəsmi səfəri başlanıb

Hazırda oxunan: Frensis Qarrinin Azərbaycana rəsmi səfəri başlanıb

46089


Moderator.az xəbər verir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarrinin Azərbaycana rəsmi səfəri başlanıb. 14 may 2014-cü il tarixində ali qonaq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin rəhbərliyi və kollektivi ilə birgə əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin məzarı önünə əklil qoyub. Qonaq görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib.

Sonra Şəhidlər xiyabanında vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarı ziyarət edildi, əbədi məşəl önünə əklil qoyularaq şəhidlərin ruhu yad edilib.

Səfər çərçivəsində bu gün Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Müəllif Hüquqları Agentliyi rəhbərliyi ilə görüşəcək ali qonağın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir iqtisadiyyatda əqli mülkiyyət” mövzusunda məruzə ilə çıxış edəcəyi planlaşdırılır.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Təşkilatın ikinci dəfə Baş direktoru seçiləndən sonra Frensis Qarri ilk səfərini Azərbaycana edir.

Azərbaycan Respublikası BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) 1995-ci ildə üzv olmuşdur. Bu müddət ərzində ölkəmiz ÜƏMT-nin Bern İttifaqı, Budapeşt Sazişi, Haaqa Sazişi, Lokarno Sazişi, Madrid Sazişi (Nişanlar), Madrid Protokolu, Nayrobi Sazişi, Nis Sazişi, Paris Konvensiyası, Patent Əməkdaşlığı Sazişi, Fonoqramlar Konvensiyası, Roma Konvensiyası, Strasburq Sazişi, UPOV Konvensiyası, ÜƏMT Konvensiyası, ÜƏMT Əməkdaşlıq Sazişi, ÜƏMT-nin İfalar və Fonoqramlar Sazişinə qoşulmuşdur. 2006-cı il martın 3-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əqli mülkiyyət sahəsində “Əməkdaşlıq Proqramı” imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO