SEPAH komandiri Şərqi Azərbaycanın valisi oldu – İran nə məqsəd güdür?

Hazırda oxunan: SEPAH komandiri Şərqi Azərbaycanın valisi oldu – İran nə məqsəd güdür?

42067

İran Nazirlər Kabinetinin qərarı ilə İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) komandiri Abedin Xorrəm Şərqi Azərbaycan vilayətinin başçısı təyin edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Teleqram kanalı yayıb.

Mənbə yazır ki, bundan öncə İranın hazırkı prezidenti İbrahim Rəisi deyib ki, ölkənin xüsusi vəziyyətdə olan əyalətlərinin başçıları hökumət tərəfindən diqqətdə saxlanılacaq.

Bir çox siyasi ekspert bir hərbi komandirin vilayət başçısı təyin edilməsini İranda qeyri-fars millətlərə qarşı repressiyanın gücləndirilməsinin başlandığı kimi qiymətləndirirlər. 

İbrahim Rəisi son aylarda İranın Əhvaz (Xuzistan) vilayəti başçısı vəzifəsinə də SEPAH komandirlərindən birini gətirib ki, bu da sözügedən hərbi orqanın digər qeyri-fars vilayətlərinin idarə olunmasında təsiri ilə bağlı narahatlıqları artırıb.
 

İran Konstitusiyasına görə, İslam İnqilabının Keşikçiləri Korpusu ölkədə siyasi fəaliyyətlə məşğul ola bilməz, lakin ötən illər ərzində əsas dövlət postlarına yiyələnməklə qeyri-hərbi vəzifələri də ələ keçirə bilib. 


Qeyd edək ki, SEPAH digər ölkələrdə etirazçılara qarşı repressiv və zorakı adımlarına və eləcə də və terrorçuluq fəaliyyətlərinə görə beynəlxalq və Avropa sanksiyaları siyahısında olan silahlı və terror təşkilatıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO