Çinin "Çanye-5"i uğurla Aya enib - FOTO

Hazırda oxunan: Çinin "Çanye-5"i uğurla Aya enib - FOTO

4041

Çin Aydan nümunələr toplamaq və onları Yerə gətirmək üçün hazırladığı ilk kosmik aparatı olan “Çanye-5” (Chang'e-5) uğurla Aya enib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin kosmik idarəsi məlumat yayıb.

Kosmik İdarədən bildirilib ki, uğurlu enişdən sonra lazımi nəzarətlər edilir və müəyyən quraşdırma işləri aparılır.

Həmçinin qeyd olunub ki, “Çanye-5” 2 gün ərzində Ay səthindən təxminən 2 kiloqram qaya və torpaq nümünələri toplayacaq.

Xatırladaq ki, Çin Aydan nümunələr toplamaq və onları Yerə gətirmək üçün hazırladığı ilk kosmik aparatı olan “Çanye-5”i (Chang'e-5) noyabrın 24-də  orbitə çıxarıb.

Bu, Çinin Aydan nümunələr gətirmək üçün başladığı ilk missiyadır. Çinin kosmos tarixində vacib hadisələrdən olan bu hadisə, həm də dünyada son 40 ildə Aydan nümunələr gətirmək üçün göndərilən ilk missiyadır.

Qeyd edək ki, ötən ilin yanvarında Çinin “Çanye-4” missiyası Yerin təbii peykinin görünməyən tərəfinə dünya tarixində ilk yumşaq eniş edib. O, tarixdə ilk dəfə Ayın görünməyən tərəfinin yaxın məsafədən bir neçə fotosunu çəkərək Yerə göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO