Andrey Şevçenko Ukrayna millisi ilə sağollaşdı - Klub karyerasına START?

Hazırda oxunan: Andrey Şevçenko Ukrayna millisi ilə sağollaşdı - Klub karyerasına START?

30787

Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

Bizim.Media futbol ulduzunun "Instagram" hesabına istinadən xəbər verir ki, Şevçenko müqavilənin müddətinin bitdiyini və uzadılmayacağını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Şevçenko Ukrayna yığmasından ayrılır?


"Beş ili milli komandanın rəhbərliyində keçirtdim. Müasir futbol oynaya biləcəyimizi sübut etmək üçün çox çalışdıq. Ukrayna Futbol Federasiyasına, prezidentinə və idarə heyətinə Ukrayna millisi ilə işləmək imkanı yaratdığına görə minnətdaram".

Qeyd edək ki, keçmiş futbolçu 2016-cı ilin iyul ayında Ukrayna millisinin baş məşqçisi seçilib.

Onun gələcək planları barədə informasiya yoxdur. Amma ehtimal olunur ki, Şevçenko top klublardan birinin məşqçisi ola bilər. İngiltərənin "Arsenal" klubunun adı ən çox hallananlar arasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO