MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

Hazırda oxunan: MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək
273096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək.

Bizim.Media xəbər verir ki, çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.

Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları start götürəcək. Qəbələ Atıcılıq Mərkəzində isə stend atıcılığı üzrə növbəti medallar sahibini tapacaq.

Gəncə İdman Sarayında üzgüçülük və voleybol, Mingəçevirdə taekvondo, Yevlaxda isə boks yarışları təşkil olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq. Azərbaycan 5 qızıl, 17 gümüş və 16 bürünc medalla ümumi sıralamada 2-ci pillədə qərarlaşıb. Siyahıya 49 (34 qızıl, 8 gümüş, 7 bürünc) medalla Rusiya komandası başçılıq edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO