Daha bir rayonda dəbdəbəli ehsan süfrələri LƏĞV EDİLDİ

Daha bir rayonda dəbdəbəli ehsan süfrələri LƏĞV EDİLDİ

Hazırda oxunan: Daha bir rayonda dəbdəbəli ehsan süfrələri LƏĞV EDİLDİ
267778
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubadan sonra Qusar rayonunda da dəbdəbəli ehsan süfrələrinin məhdudlaşdırılmasına başlanılıb.

Bu barədə Bizim.Media-ya Qusar şəhərindəki Mustafa Kasdal məscidinin imamı, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov məlumat verib.

Onun sözlərinə görə, ötən gün rayonda dini icma rəhbərlərinin, rayon veteranlar şurası sədrinin, yerli din xadimlərinin iştirakı ilə iclas keçirilib. İclasda yas sahiblərinə dəbdəbəli ehsan süfrələrini sadələşdirilmiş çay süfrələri ilə əvəzləmələrinin tövsiyə olunması qərara alınıb.

Bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılmasına start verilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO