Devid Bekhem əməliyyat olundu

Devid Bekhem əməliyyat olundu

Hazırda oxunan: Devid Bekhem əməliyyat olundu
256965
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, səbəb 22 il əvvəl – 2003-cü ildə Cənubi Afrika ilə yoldaşlıq görüşündə yığma komandanın heyətində çıxış edərkən aldığı bilək zədəsidir. Həmin vaxt Bekhemin biləyinə sorulmalı olan metal vint yerləşdirilmişdi. Lakin əməliyyat baş tutumayıb. 50 yaşlı sabiq futbolçu son dövrlər ciddi ağrılarla yaşayıb.

Bu səbəbdən Bekhem bu yaxınlarda əməliyyat olunub. Həyat yoldaşı Viktoriya Bekhem sosial şəbəkədə onun xəstəxana çarpayısındakı şəklini paylaşaraq “Tez sağal, ata” sözlərini yazıb.

Xatırladaq ki, Devid Bekhem karyerası ərzində “Mançester Yunayted”, “Real”, “Milan”, PSJ və “Los-Anceles Qelaksi” klublarında çıxış edib. İngiltərə millisində 115 oyun keçirib. Hazırda MLS təmsilçisi “İnter Mayami” klubunun prezidentidir. (Publika.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO