Bakıda nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI – VİDEO

Bakıda nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI – VİDEO

Hazırda oxunan: Bakıda nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI – VİDEO
256388
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçirilən nişan mərasimində mübahisə əlbəyaxa davaya çevirilib.

Bizim.Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə iyunun 22-si gecə saatlarında Nizami rayonunda baş verib.

Mikayıl Əliyev küçəsindəki restoranların birində keçirilən nişan mərasimində hələ ki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub.

Hadisə nəticəsində restoranın qarşısında nəqliyyatın hərəkəti iflic olub. Polis əməkdaşları dərhal əraziyə cəlb olunaraq insidentin qarşısını alıblar.

Şadlıq evinin yaxınlığında dava edən 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Onların hər biri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görülüb. Belə ki, saxlanılan şəxslər barəsindəki protokola baxan Nizami Rayon Məhkəməsi onları cərimə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO