Qusarın Ləgərqışlaq və Urvaoba kəndlərinin problemləri dinlənildi - FOTO

Qusarın Ləgərqışlaq və Urvaoba kəndlərinin problemləri dinlənildi - FOTO

Hazırda oxunan: Qusarın Ləgərqışlaq və Urvaoba kəndlərinin problemləri dinlənildi - FOTO
253093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun rayonun Ləgərqışlaq və Urvaoba kəndlərində növbəti səyyar qəbul-görüşləri baş tutub.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, səyyar qəbullarda RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
 

Ləgərqışlaq kəndində səyyar qəbul zamanı sakinlər kəndin elektrik təchizatının yenidən qurulması istiqamətində işlərin tamamlanması, kənddaxili yolların təmiri, kənd tibb məntəqəsinin əsaslı təmiri, fərdi məşğulluq üçün avadanlıqla təminat, Ləgərqışlaq kənd ümumi orta məktəbin elektrik enerjisi ilə təminatı üçün mövcud transformatorun şəbəkəyə qoşulması ilə bağlı müraciətlərini ediblər.


Rayonun Urvaoba kəndində səyyar qəbul zamanı vətəndaşlar tərəfindən istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, kənddə sakinlərin istifadəsində olan əsas yolun genişləndirilməsi ilə bağlı müraciətlər səsləndirilib. Qeyd edilib ki, kənddə tibb məntəqəsinin, məktəbin, idman zalının olmaması yerli sakinlərin əsas sosial ehtiyaclarının qarşılanmasında çətinliklər yaradır, bu istiqamətdə müvafiq infrastrukturun yaradılmasına zərurət duyulur.


Məktəblilərin qonşu kənddə yerləşən məktəbə gedən yolun bəzi pay torpaq sahibləri tərəfindən zəbt edilməsi uşaqlar üçün xüsusilə yağıntılı günlərdə çətinliklər yaradır.

İcra başçısı qaldırılan məsələlərin mümkün həlli yolları ilə bağlı müvafiq tapşırıqlar verib və bu məsələlərin nəzarətə götürüləcəyini bildirib.

Qusarın Ləgərqışlaq və Urvaoba kəndlərinin problemləri dinlənildi - FOTO - foto 1
Qusarın Ləgərqışlaq və Urvaoba kəndlərinin problemləri dinlənildi - FOTO - foto 2
Qusarın Ləgərqışlaq və Urvaoba kəndlərinin problemləri dinlənildi - FOTO - foto 3
Qusarın Ləgərqışlaq və Urvaoba kəndlərinin problemləri dinlənildi - FOTO - foto 4
Qusarın Ləgərqışlaq və Urvaoba kəndlərinin problemləri dinlənildi - FOTO - foto 5
Qusarın Ləgərqışlaq və Urvaoba kəndlərinin problemləri dinlənildi - FOTO - foto 6

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO