Qusarlı şagird verilişdə finala çıxdı - FOTO/VİDEO

Qusarlı şagird verilişdə finala çıxdı - FOTO/VİDEO

Hazırda oxunan: Qusarlı şagird verilişdə finala çıxdı - FOTO/VİDEO
252458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai televiziyada "Əlaçı" intelektual verilişində Qusar məktəblisi finala çıxıb.

Bizim.Media xəbər verir ki, Qusar şəhərindəki Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbin 9-cu sinif şagirdi Elmir Ağamirzəyev mayın 30-da efirə gedən "Əlaçı"nın növbəti verilişində finala adlayıb.

Məktəbin direktoru Arif Xəlilov Elmirin 12 iştirakçı arasında suallara düzgün və ən tez cavab verməsi ilə fərqlənərək qalib olduğunu deyib və onun uğuruna müəllim və şagird kollektivinin hər bir üzvünün sevindiyini vurğulayıb.

Direktor Elmir Ağamirzəyevin digər uğurundan da danışıb.

Qeyd edib ki, o, bu il 9-cu siniflər üzrə buraxılış imtahanında 300 baldan 290 bal yığıb ki, bu da rayon üzrə 1413 nəfər 9-cu sinif şagirdi arasında ən yüksək göstəricudir.

“Elmir Azərbaycan dili fənnindən maksimum 100 balın hamısını toplayıb” - deyə Arif Xəlilov vurğulayıb.


Qusarlı şagird verilişdə finala çıxdı - FOTO/VİDEO - foto 1
Qusarlı şagird verilişdə finala çıxdı - FOTO/VİDEO - foto 2

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO