Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO

Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO

Hazırda oxunan: Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO
245756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusarda 15 və 16 aprel tarixlərində müşahidə olunan güclü yağış və qarın fəsadları aradan qaldırılır. Yuxarı Tahircal və Sudur inzibati ərazi dairəsinə daxil olan 7 kənddə elektrik enerjisinin bərpası işləri davam etdirilir. Samurçay, Qənərçay (Ukurçay) çaylarında baş verən daşqının sahil boyu torpaqları yuyub aparmasının qarşısının alınması məqsədilə ərazilərə ağır texnikalar yeridilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon rəhbərliyi Həzrə kəndində Qənərçay (Ukurçay) çayının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub.
 

Həmçinin əlverişsiz hava şəraiti nəticəsində Yuxarı Tahircal kəndini elektrik enerjisi ilə təmin edən, meşə ərazisindən keçən 10 Kv-luq hava elektrik verilişi xəttinin tam yararsız vəziyyətə düşməsinə görə yol boyu 9 km-lik yeni xəttin çəkilməsinə başlanılıb.


Görülən işlərlə yerində tanış olmaq üçün Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və hüquq mühafizə orqanlarının rəhbərləri Yuxarı Tahircal kəndində olublar.

Kənd sakinləri ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda Regional Elektrik Şəbəkəsinin rəhbərliyi ilə enerji təchizatının bərpası istiqamətində görülən işləri müzakirə edib , öz tövsiyə və tapşırıqlarını verib.

Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO - foto 1
Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO - foto 2
Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO - foto 3
Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO - foto 4
Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO - foto 5
Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO - foto 6
Qusarda güclü yağış və qarın fəsadları ARADAN QALDIRILIR - FOTO - foto 7

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO