Qusarın Bədişqala sakinləri kəndin problemləri ilə bağlı müraciətlərini icra başçısına ÇATDIRDILAR - FOTO

Qusarın Bədişqala sakinləri kəndin problemləri ilə bağlı müraciətlərini icra başçısına ÇATDIRDILAR - FOTO

Hazırda oxunan: Qusarın Bədişqala sakinləri kəndin problemləri ilə bağlı müraciətlərini icra başçısına ÇATDIRDILAR - FOTO
240013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar rayon İcra Hakimiyyəti başçısının vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və həllinə nail olmaq məqsədilə həyata keçirilən növbəti səyyar qəbul rayonun Bədişqala kəndində baş tutub.

Bizim.Media-nən yerli bürosu xəbər verir ki, qəbulda RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
 

Görüşdə sakinlərin kənddaxili yolların təmiri, içməli və suvarma suyunun çatışmazlığı, yeni salınan məhəllələrə qaz xəttinin çəkilməsi, kənd klub binasının və stadionun təmiri, məktəbin yaxınlığında, asfalt yolda piyada səkilərinin quraşdırılması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.


Rayon icra başçısı Sahir Məmmədxanov dərhal müraciətlərin icrasının nəzarətə götürülməsinə dair tapşırıq verib, sakinlərə qanunamüvafiq izahatlar verilib.

Sakinlər sərbəst müraciət etmək hüquqlarının tam təmin olunduğu səyyar qəbuldan məmnunluqlarını ifadə edib, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qusarın Bədişqala sakinləri kəndin problemləri ilə bağlı müraciətlərini icra başçısına ÇATDIRDILAR - FOTO - foto 1
Qusarın Bədişqala sakinləri kəndin problemləri ilə bağlı müraciətlərini icra başçısına ÇATDIRDILAR - FOTO - foto 2
Qusarın Bədişqala sakinləri kəndin problemləri ilə bağlı müraciətlərini icra başçısına ÇATDIRDILAR - FOTO - foto 3
Qusarın Bədişqala sakinləri kəndin problemləri ilə bağlı müraciətlərini icra başçısına ÇATDIRDILAR - FOTO - foto 4
Qusarın Bədişqala sakinləri kəndin problemləri ilə bağlı müraciətlərini icra başçısına ÇATDIRDILAR - FOTO - foto 5
Qusarın Bədişqala sakinləri kəndin problemləri ilə bağlı müraciətlərini icra başçısına ÇATDIRDILAR - FOTO - foto 6

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO