Qubada DƏHŞƏT - Sanitar qovşaqda doğuş edən qadın körpəsini öldürmək istədi

Qubada DƏHŞƏT - Sanitar qovşaqda doğuş edən qadın körpəsini öldürmək istədi

Hazırda oxunan: Qubada DƏHŞƏT - Sanitar qovşaqda doğuş edən qadın körpəsini öldürmək istədi
236894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubada doğuşa gələn Xaçmaz sakini olan qadın sanitar qovşaqda doğuş edib və körpəni öldürmək istəyib.

Bizim.Media-nın Quba rayon mərkəzi xəstəxanasından əldə etdiyi məlumata görə, Xaçmazın Qusarçay kənd sakini, 34 yaşlı Turanə Mustafa qızı Konux böyrək sancıları ilə xəstəxanaya müraciət edib.
 

Müayinə zamanı o, həkimlərə sanitar qovşağa getmək istədiyini deyib. Qadın sanitar qovşağa keçib və oradan gec çıxması həkimləri şübhələndirib. Tibb işçilərindən biri sanitar qovşağa daxil olanda qadının orada doğuş etdiyini görüb.


Ana və kişi cinsindən olan körpəsi dərhal Quba regional Perinatal Mərkəzinə yerləşdirilib.

Turanə Konuxun həqiqətən körpəsini öldürməyə cəhd eləməsi faktı araşdırılır.

Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO