Şabranda şagirdlər arasında DAVA: Xəsarət alan var - FOTO/VİDEO

Şabranda şagirdlər arasında DAVA: Xəsarət alan var - FOTO/VİDEO

Hazırda oxunan: Şabranda şagirdlər arasında DAVA: Xəsarət alan var - FOTO/VİDEO
229182
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şabran şəhərindəki 1 saylı orta məktəbdə şagirdlər arasında mübahisə olub.

Bizim.Media xəbər verir ki, adı açıqlanmayan 10-cu sinif şagirdi 11-ci sinif şagirdinə xəsarət yetirib.

Məktəblinin Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsindən Bizim.Media-ya faktı təsdiqləyiblər.

Qeyd olunub ki, iki məktəbli arasında dava məktəbdənkənar ərazidə baş verib. Xəsarət alan 11-ci sinif şagirdinin rayon xəstəxanasında müalicəsi davam etdirilir. Faktı Şabran polis şöbəsi araşdırır.

DİN Mətbuat Xidmətinin baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Şabran şəhərindəki Tofiq Abbasov adına 1 saylı orta məktəbdə yuxarı sinif şagirdıəri arasındakı davaya münasibət bildirib.

“Məktəblilərin arasında baş verən münaqişə ilə bağlı hazırda Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır”, - deyə rəsmi qurumdan qeyd edilib.


Şabranda şagirdlər arasında DAVA: Xəsarət alan var - FOTO/VİDEO - foto 1
Şabranda şagirdlər arasında DAVA: Xəsarət alan var - FOTO/VİDEO - foto 2

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO