“Qalatasaray” nəhəng idman kompleksi inşa edəcək

“Qalatasaray” nəhəng idman kompleksi inşa edəcək

Hazırda oxunan: “Qalatasaray” nəhəng idman kompleksi inşa edəcək
228254
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin "Qalatasaray" klubu böyük idman kompleksi inşa edəcək.

Bizim.Media "Sözcü" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Ekologiya və Şəhərsalma Nazirliyi tikintiyə rəsmi olaraq icazə verib.

Yeni arena "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "Rams Park"ın yanında tikiləcək və 62 hektar ərazini əhatə edəcək. Arenada basketbol və voleybol salonları ilə yanaşı, olimpiya səviyyəli qapalı hovuz da yer alacaq. Layihə çərçivəsində azarkeşlərin faydalana biləcəyi restoranlar, konfrans salonları və digər obyektlər tikiləcək. "Qalatasaray" rəhbərliyi bu nəhəng layihənin sonunda tam bir "Qalatasaray" dünyasını tək dam altında yaratmağı hədəfləyir. Bu kompleks sayəsində azarkeşlər oyun günlərində unikal idman və əyləncə festivalı keçirə biləcəklər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO