Qubada Prezident Kubokuna start verildi: 130 atlet mübarizə aparır

Qubada Prezident Kubokuna start verildi: 130 atlet mübarizə aparır

Hazırda oxunan: Qubada Prezident Kubokuna start verildi: 130 atlet mübarizə aparır
226405
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda ilk dəfə keçirilən tam məsafəyə marafon qaçış yarışına start verilib.

Bizim.Media xəbər verir ki, Prezident Kuboku uğrunda yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər Qaçış Klubu"nun birgə təşkilatçılığı ilə keçirilir.

2024-cü ilin İdman paytaxtı Qubada təşkil olunan marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Belçika təmsilçiləri də yer alıblar. Yarışda ümumilikdə 130 atlet mübarizə aparır.

Yarışdan əvvəl Quba Olimpiya İdman Kompleksində marafonun açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər ölkəmizin idman sahəsində qazandığı nailiyyətlərdən danışıb, marafon iştirakçılarına uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra yarışa start verilib.

Marafon iştirakçıları 42 kilometr 195 metr məsafədə yarışırlar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO