Bakı sakinləri niyə gecə küçədə yığışdılar? - "Təhlükəli vəziyyətdəyik" - VİDEO

Bakı sakinləri niyə gecə küçədə yığışdılar? - "Təhlükəli vəziyyətdəyik" - VİDEO

Hazırda oxunan: Bakı sakinləri niyə gecə küçədə yığışdılar? - "Təhlükəli vəziyyətdəyik" - VİDEO
225942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Xətai rayonu Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi olub.

Bizim.Media xəbər verir ki, sürüşmənin gecə saatlarında baş verməsi səbəbindən sakinlər küçədə yığışmalı olublar.

"Təhlükəli vəziyyətdəyik. Gecə qorxudan yata bilmirik. Daşlar o qədər böyükdür ki, binaya doğru tökülsə, buradan keçən hər kəsin həyatı üçün təhlükə yarada bilər", - deyə sakin narahatlığını ifadə edib.

Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müracət etsələr də, heç bir tədbir görülməyib.
 

"Bir müddət əvvəl burada daha böyük torpaq sürüşməsi olmuşdu. Xətai Rayon İcra Hakimiyyətindən sürüşən torpaq kütləsini təmizləyəcəklərini bildirsələr də, iki aydan çox vaxt keçməsinə baxmayaraq, deyilənə əməl etməyiblər", - başqa bir sakin deyib.


Daha ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO