Sumqayıtda müəllimin şagirdə stul atmasına direktordan REAKSİYA – “Ani olub...” – VİDEO

Sumqayıtda müəllimin şagirdə stul atmasına direktordan REAKSİYA – “Ani olub...” – VİDEO

Hazırda oxunan: Sumqayıtda müəllimin şagirdə stul atmasına direktordan REAKSİYA – “Ani olub...” – VİDEO
225703
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Sumqayıtda yerləşən təhsil müəssisəsində xoşagəlməz insident baş verib.

Söhbət Sumqayıt şəhər 38 nömrəli orta məktəbdən gedir. İddialara görə 9-cu sinif şagirdi dərsdə güldüyü üçün müəllim onu stulla vurub. Həmçinin zərərçəkənin saçının yolunduğu və paltarının cırıldığı da səsləndirilən iddialar arasındadır.

Sosial şəbəkələrdə müəllimin şagirdi dərs zamanı və sinif yoldaşları yanında stulla vurmasına dair videogörüntü də yayılıb.

Bizim.Media məsələ ilə bağlı Sumqayıt şəhər 38 nömrəli məktəblə əlaqə yaradıb.

Məktəbin direktor əvəzi Aidə İsrafilova Bizim.Media-ya açıqlamasında məktəbdə baş verən insidentlə bağlı absurd cavablar verib. O, əvvəlcə hadisədən məlumatlı olduqlarını və məsələni aydınlaşdıracaqları halda tədbir görüləcəyini deyib. Daha sonra faktı təkzib edərək, hadisənin çoxdan baş verdiyini və indi gündəmə gətirildiyini bildirib. Direktor əvəzinin açıqlamasını olduğu kimi təqdim edirik:

“Məsələdən məlumatlıyıq, aydınlaşdırmışıq, əsas yoxdur. Ani olan bir hadisədir. Ölçü götürüləcək və nə lazımdırsa, tədbir görüləcək. Faktı təsdiq etmirik. Çoxdan olub, indi gündəmə gəlib. Bu gün olmayıb o hadisə...Nə vaxt olduğunu aydınlaşdırmağa çalışırıq”, - deyə Aidə İstafilova qeyd edib.

Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə dəfələrlə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb.

 Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO