Bəşər Əsədin qardaşı Mahir Əsəd haradadır?

Bəşər Əsədin qardaşı Mahir Əsəd haradadır?

Hazırda oxunan: Bəşər Əsədin qardaşı Mahir Əsəd haradadır?
225360
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriya İnsan Haqları Müşahidə Qrupunun direktoru Rami Əbdürrəhman “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Bəşər Əsədin qardaşı Mahir Əsədin harada olmasından söz açıb.

Bizim.Media xəbər verir ki, o, Bəşər Əsədin 57 yaşlı qardaşı və Suriyanın dördüncü diviziyasının komandiri Mahir Əsədin Rusiyada olması ilə bağlı xəbərlərin olduğunu deyib.

Onun sözlərinə görə, Mahir Əsəd Suriyada tarixi abidələrin oğurlanması, eləcə də narkotik qaçaqmaçılığı ilə bağlı qanunsuz işlərlə məşğul olub. Hazırda isə onun harada olması ilə bağlı çox ehtimal var. Bəzi ekspertlər bildiriblər ki, Mahir ya Rusiyaya, ya da Livana qaçıb. Bəziləri isə onun Suriyanı tərk etməkdən imtina edərək hələ də bu ölkədə gizləndiyini vurğulayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO