AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırdı – FOTO

AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırdı – FOTO

Hazırda oxunan: AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırdı – FOTO
216136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2024-cü ildə idman və intellektual yarışlarda yüksək nəticələr göstərmiş əməkdaşların mükafatlandırılma mərasimini keçirib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı AZAL-ın rəhbərliyi basketbol, voleybol, alpinizm, şahmat, üzgüçülük, atıcılıq, robototexnika və s. kimi idman və intellektual yarışlarda mükafatlar qazanmış və ya uğurlar əldə etmiş 50-yə yaxın əməkdaşın nailiyyətlərini qeyd edib. Əməkdaşlara təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.
 

“Mülki aviasiya sahəsində əsas prioritetimiz uçuş təhlükəsizliyi və xidmət keyfiyyətinin yüksək standartlarını təmin etməkdir. Əməkdaşlarımız peşəkar fəaliyyətləri ilə yanaşı, idman və intellektual yarışlarda da fəal iştirak edərək fərqlənirlər. Bu nailiyyətlər həm onların şəxsi qələbələri, həm də qurumun məqsədlərinə nail olmağa kömək edən dəyərlərin təcəssümüdür,” – deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.


Tədbirin əsas məqsədi AZAL əməkdaşlarının həm peşəkar fəaliyyətlərində, həm də şəxsi həyatlarında qazandıqları nailiyyətlərin yüksək dəyərləndirildiyini qeyd etməkdir. Şirkət hər bir əməkdaşın uğurunun vacib olduğunu vurğulayaraq onlara dəstək göstərir və dəyər verir. Bu cür dəstək komanda ruhunu gücləndirir və AZAL əməkdaşları arasında mehriban bir atmosferin formalaşmasına kömək edir.

AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırdı – FOTO - foto 1
AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırdı – FOTO - foto 2
AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırdı – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO