Təhlükəli böcəklər Xaçmazda da yayıldı - FOTO

Təhlükəli böcəklər Xaçmazda da yayıldı - FOTO

Hazırda oxunan: Təhlükəli böcəklər Xaçmazda da yayıldı - FOTO
215430
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycana qonşu Gürcüstandan gəldiyi ehtimal edilən mərmər bağacığı Xaçmaz rayonunda görünməyə başlayıb.

Bir neçə gündür rayonun əksər yaşayış məntəqələrində, əkin-meyvə bağlarında, park və açıq məkanlarda dəstə ilə uçan bu təhlükəli böcəyə rast gəlmək mümkündür. Bitki və meyvə ağacına zərər verən mərmər bağacığının yayılmasının qarşısını almaq üçün Xaçmazda kompleks tədbirlərə başlanılıb.

Xaçmaz Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Əkbər Ceyranov Bizim.Media-ya açıqlamasında bildirib ki, zərərverici böcəyə qarşı feromon tələlər qoymaqla, kimyəvi preparatlardan istifadə etməklə dərmanlama üsulları ilə mübarizə aparılır:

"Qışlama dövrünü yaşayan mərmər bağacığı ilə mübarizədə yaşayış evi və həyətlərində dərmanlama aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir".

Əkbər Ceyranov həmin kimyəvi preparatların zəhərli, insan həyatı üçün təhlükəli olduğunu açıqlayıb. Miqrasiya yolu ilə yayılan artan mərmər bağacığı ilə operativ tədbirlər davam etdirilir.


Təhlükəli böcəklər Xaçmazda da yayıldı - FOTO - foto 1
Təhlükəli böcəklər Xaçmazda da yayıldı - FOTO - foto 2
Təhlükəli böcəklər Xaçmazda da yayıldı - FOTO - foto 3


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO